Ana səhifə / Şou Biznes / Azərbaycanlıların cəlladı demokratiyanın qurbanı oldu – İnsan taleyi

Azərbaycanlıların cəlladı demokratiyanın qurbanı oldu – İnsan taleyi

Qomeldə “Müftəxor olmayanların marşı” aksiyasının təşkilatçıları və iştirakçıları üzərində məhkəmə prosesi keçirilib.

Bu insanlar Belarusun bütün işləməyən vətəndaşlarından vergi yığılmasının tətbiqinə qarşı etiraz edirlər.

Məhkəmə bir sıra fəalları inzibati həbsə və böyük cəriməyə məhkum edib. Maraqlıdır ki, mitinqlərin saxlanmış təşkilatçılarından biri keçmiş desantçı Andrey Makarovdur.

İndi özünü vətəndaş fəalı adlandıran Andrey Makarov 1990-cı ildə Sovet ordusunun hissələri sırasında Bakıda idi və sovet hakimiyyətinə qarşı mitinqlərin dağıdılmasında iştirak edirdi.

Nümayişlərdən biri dağıdılarkən Andrey Makarov dəmir çubuğu ilə xəsarət aldı və əlil oldu.

Taleyin istehzasıdır: vaxtilə Bakıda öz hüquqları və azadlığı uğrunda mübarizə aparan insanların mitinqlərini dağıdan bir şəxs, bu gün özü Qomeldə mitinqlər təşkil edir. Üstəlik də, onun fikrincə, polisin mitinqçilərlə aşırı amansız rəftarından gileylənir.(Virtualaz.org)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın