Ana səhifə / Şou Biznes / Azərbaycanlılar Yeni İldə hansı ölkələrə gedirlər? – SORĞU

Azərbaycanlılar Yeni İldə hansı ölkələrə gedirlər? – SORĞU

Yeni il bayramına artıq 4 gündən də az vaxt qalıb. Yeni ili fərqli qarşılamaq istəyənlər artıq öz xarici tur paketlərini də sifariş ediblər. Bəs görəsən, azərbaycanlıların bayramda ən çox üz tutduğu ölkələr hansılardır?

Turizm.fins.az –ın turizm şirkətlərindən əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşları əsasən Avropa və Dubaya üz tuturlar.

“Gerso traveldən”dən verilən məlumata görə, qarşıdan gələn Yeni İl bayramı üçün ən çox Praqa, Roma, Paris şəhərlərinə tur paketlər sifariş edilib.

“Dərviş travel”ə müraciət edən sifarişçilər isə İstanbul, Dubay, Tayland səfərlərinə üstünlük veriblər.

“Granit AS Travel” şirkətinin nümayəndəsi isə bildirdi ki, Yeni İl üçün daha çox İstanbul və Dubay istiqamətlərində tur paketlər satıb.

“Proxy travel”– İstanbul, Dubay, “AVA Tour”-Dubay, Paris, Praqa, “Turizm.az”-Dubay, Praqa, Budapeşt, Berlin, Myünhen, “Turda.Az” isə İstanbul, Dubay, Budapeştə turlar təşkil edib.

Sorğunun nəticələrinə uyğun olaraq demək olar ki, Azərbaycan vətəndaşları bu Yeni İl bayramını daha çox Dubay, İstanbul və Praqa şəhərlərində keçirməyə üstünlük veriblər. Qeyd edək ki, sifariş olunan Yeni İl tur paketləri əsasən 3 gecə 4 günlük olur. İstanbul və Dubay Yeni İl paketləri bir nəfər üçün qiymət 300 dollardan başlayır.

Turizm şirkətləri ötən illə müqayisədə bu bayramda Yeni İl tur alanların sayında nisbətən azalmanın müşahidə olduğunu bildirdilər.

Turizm şirkətlərindən həmçinin onu da qeyd etdilər ki, Dubaya gedən azərbaycanlı turistlər əsasən 4-5 ulduzlu otellərdə gecələməyə üstünlük verirlər. Lakin Avropa şəhərlərinə səfər edənlər daha çox 2-3 ulduzlu otellərlə kifayətlənirlər. Buna səbəb isə Avropaya səyahət edənlərin əksəriyyətinin daha çox gəzməyə üstünlük verdiyindən otellərə sərf olunan məsrəfləri azaltmalarıdır.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın