Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı yazıçının kitabı Rusiyanın TOP-10 reytinqində

Azərbaycanlı yazıçının kitabı Rusiyanın TOP-10 reytinqində

Nüfuzlu “Forbes” jurnalı 2016-cı ildə Rusiyada ən çox satılmış kitabların reytinqini açıqlayıb.

Virtualaz.org nəşrə istinadən xəbər verir ki, rusiyalıların sona çatan il ərzində ən çox aldıqları Coan Roulinqin “Harri Potter və lənətlənmiş uşaq” kitabıdır. İkinci yeri avstraliyalı nasir Devid Robertsin “Şantaram”, üçüncü yeri isə ingilis jurnalist qadın Coco Moyesin “Səninlə görüşə qədər” əsərləri tutub.

Maraqlıdır ki, azərbaycanlı yazıçı, ölkəmizdən daha çox Rusiyada və Türkiyədə məşhur olan Elçin Səfərlinin “Mənə dənizdən danış” kitabı ilk onluğa daxil olub.

Reytinqin tərtibçiləri xüsusi olaraq qeyd ediblər ki, bu il rusiyalılar kitab alışına 2015-ci ilə nisbətən iki dəfə çox pul xərcləyiblər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın