Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı səfirin oğlu dirijorluq etdi – VİDEO

Azərbaycanlı səfirin oğlu dirijorluq etdi – VİDEO

Novosibirskdə keçirilən beynəlxalq “Transsibir art festivalı”nda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu Murtuza Bülbüloğlu dirijorluq edib. 
ANS PRESS-in məlumatına görə, səfirin özünün də konsertdə çıxış etməsi gözlənilir.
Bu barədə festivalın bədii rəhbəri Vadim Repin jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə əsasən, səfir ifa edən zaman orkestrə onun oğlu Murtuza dirijorluq edəcək.
Murtuza Bülbüloğlu ənənəvi “Uşaqlar-uşaqlara” (“Дети – детям”) proqramında iştirak edir. “Onun 14 yaşı var və yaxşı dirijorluq edir. Biz onu da bu konsertə dəvət etdik ki, o, bir əsərə dirijorluq etsin. Bu haqda onun atası eşidib və oğlunu dəstəkləmək üçün festivala gəlməyə qərar verib. Polad Bülbüloğlu hədiyyə olaraq, festivalda bir mahnı da ifa etməyə söz verib”, – deyə bədii rəhbər proqramdan öncə qeyd edib.
Polad Bülbüloğlu oğlu Murtuza ilə sərgidə
Polad Bülbüloğlu oğlu Murtuza ilə sərgidə
Üçüncü “Transsibir art festivalı” 2016-cı ilin aprelin 9-dan 24-dək Novosibirsk şəhərində keçirilir. Festival çərçivəsində Böyük Britaniya, İsrail, Cənubi Koreyaya, Yaponiyada da konsertlər keçirilməlidir. Tədbirlərdə 26 solistin və 11 dirijorun iştirak edəcəyi gözlənilir.
İkinci”Transsibir art festivalı” 2015-ci ilin yaz ayında baş tutub. 15 gün ərzində dünya səhnəsinin ulduzlarının iştirakı ilə 15 konsert keçirilib. 15 mindən çox tamaşaçının iştirak etdiyi festivalda 200-dən çox artist çıxış edib.
Polad Bülbüloğlu – Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1989-2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006-cı ildən bu günədək), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimidir.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın