Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı oliqarx Avstriyanın kurort bölgəsində otel aldı

Azərbaycanlı oliqarx Avstriyanın kurort bölgəsində otel aldı

Azərbaycandan olan investor Avstriyanın kurort bölgəsində otel alıb.

Virtualaz.org saytı Avstriya mənbələrinə istinadən xəbər verir ki, Azərbaycandan olan naməlum oliqarx bu yaxınlarda ölkənin dağlıq Heiligenbult bölgəsində yerləşən və 30 nömrədən ibarət “Hotel Rupertihaus”u alıb.

Sövdələşmənin detalları məlum deyil. Bildirilir ki, Azərbaycandan olan digər investorlar da Avstriyada turizm sahəsinə sərmayə yatırmaq imkanlarını nəzərdən keçirirlər.

Son vaxtlar Avstriya təkcə xarici turistlər üçün yox, eyni zamanda otel almağa maraq göstərən investorlar üçün də populyar ölkəyə çevrilib.

2015-ci ilin birinci yarısında 120 milyon avroluq otel alqı-satqı əməliyyatları həyata keçirilib.

 

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın