Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı müğənnilərin Rusiyada aldığı qonorarlar – SİYAHI

Azərbaycanlı müğənnilərin Rusiyada aldığı qonorarlar – SİYAHI

Rusiyada məşhur olan azərbaycanlıların konsertə görə aldığı qonorarın məbləği ortaya çıxıb.

Bu barədə “Proconcert” konsert və tətil agentliyi məlumat yayıb. Bildirilib ki, tədbirin formatından, sənətçinin qastrol cədvəlindən, məkanından asılı olaraq bu qiymətlər yuxarı və ya aşağı dəyişə bilir.

Agentliyin məlumatına görə, konsert üçün ən böyük qonorarı ölkənin Xalq artisti Filipp Kirkorov alır ki, bu da 10 milyon rubl (təxminən 279 min manat) edir.

Azərbaycanlı müğənnilərin qonorarı isə aşağıdakı kimidir:

– Xalq artisti Emin Ağalarov – 7 milyon rubl (195 min manatdan çox);

– reper Jah Xalib (Bəxtiyar Məmmədov) – 3,5 milyon rubl (təxminən 98 min manat);

– müğənni Coni (Cahid Hüseynli) – 3 milyon rubl (təxminən 84 min manat);

–  HammAli&Navai (Aleksandr Əliyev və Nəvai Bəkirov) – 3 milyon rubl (təxminən 84 min manat). Axşam.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …