Ana səhifə / Şou Biznes / Azərbaycanlı model Tiflisdə gözəllik müsabiqəsinin qalibi oldu (FOTO)

Azərbaycanlı model Tiflisdə gözəllik müsabiqəsinin qalibi oldu (FOTO)

Gürcüstanın paytaxtı Tiflisdəə keçirilən “Miss and Mister Planet – 2018” beynəlxalq gözəllik müsabiqəsinin qalibləri müəyyənləşib.
Belə ki, “Miss Planet – 2018” tituluna Ukrayna təmsilçisi Yelana-Evelina Firut, “Mister Planet – 2018” tituluna isə Azərbaycan təmsilçisi Emil Qasımovlayiq görülüb.
“Miss Planet 2018” titulu uğrunda yarışmada Azərbaycanı təmsil edən Züleyxa Orucova isə internet üzərindən keçirilmiş səsvermədə media arasında rəğbətə görə ilk beşlikdə yer alıb.
Gözəllik müsabiqəsinə Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Estoniya, Tacikistan, Latviya daxil olmaqla ümumilikdə 35 ölkəni təmsil edən modellər qatılıb.
Müsabiqənin qaliblərinə qızıl tac və 5000 avro məbləğində pul mükafatı təqdim olunub.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …