Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı milyarder borcunu qaytarmaq üçün torpaq sahəsini satdı

Azərbaycanlı milyarder borcunu qaytarmaq üçün torpaq sahəsini satdı

Məmişov satışdan 10 milyon dollaradək gəlir əldə edə bilər.

Vaqif Məmişovun “Petrovski storitel” şirkəti borcları qaytarmaq üçün 1,4 ha sahəsi olan ərazini Setl Group şirkətinə satıb, Rosbalt məlumat yayıb. Oxu.az xəbər verir ki, sövdələşmə yayda baş tutub. Məbləğ açıqlanmır.
Daha öncə ekspertlər torpaq sahəsinin qiymətini 500-600 milyon rubl (7,5-9 milyon dollar) dəyərləndirirdilər. Bu gün üçün bu məbləğ bir qədər arta bilər.

“Petrovski stroitel”in kreditlər üzrə ümumi borcu 61 milyon dollardır.
Ekspertlərin qiymətləndirməsinə görə, Məmişov satışdan 10 milyon dollardan çox gəlir əldə edə bilməzdi.
Setl City alınan sahədə ümumi sahəsi 82 min kvadratmetr olan çoxfunksiyalı kompleks tikəcək, bura yaşayış binası (473 mənzil), otel (417 nömrə), mağaza, yeraltı parkinq, uşaq bağçası da daxil olacaq. Şirkət layihəni 2018-ci ildə təhvil verməyi planlaşdırır.

Azərbaycanlı iş adamı Vaqif Məmişov 2013-cü ildə “Lomonosovskaya” metro stansiyasının yaxınlığında Farforovski qəbiristanlığının yerində ticarət-əyləncə mərkəzi tikməyə hazırlaşırdı.
O zaman Peterburqda Azərbaycanın Baş konsulluğu qarşısında piket keçirilmişdi.
Qeyd edək ki, Məmişov 2014-cü ilin yekunları üzrə 35 milyard rubl sərvətlə Sankt-Peterburqun ən varlı adamları siyahısına daxil olub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın