Bu barədə AzNews.az-a P. Səfərov özü məlumat verib. İfaçı yarışmanı tərk etməsini səhhətində yaranan problemlə əlaqələndirib:

“İkinci turdan keçdim. Düzü, həmin vaxtlar bir az soyuqlamışdım. Düşündüm ki, 3-cü tura kimi səhhətim qaydasına düşər. Elə bu vaxt xəbər gəldi ki, “3-cü turdur, təcili gəlməlisiniz”. Bu vəziyyətdə də getdim. 3-cü turda məndən 3 mahnı istədilər. Bu mahnıların arasında Azərbaycan mahnısı olsa da, münsiflər nədənsə “Değme benim gamlı yaslı gönlüme” türk mahnısını oxumağımı istədilər. Mahnı uğurlu alınmadı. Beləcə, bu ifa mənim işığa doğru gedən yolumu bağladı”.

Pərvin Səfərov “O səs Türkiyə” yarışmasından çıxdığına görə heyfisləndiyini bildirib.