Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı bu gənc cinsini dəyişir – HƏR ŞEYİ VİDEOYA ÇƏKİR

Azərbaycanlı bu gənc cinsini dəyişir – HƏR ŞEYİ VİDEOYA ÇƏKİR

Səbinə Kurqunayeva azərbaycanlıdır. Mingəçevir şəhərində doğulub, yaşayıb. O, artıq iki ilə yaxındır ki, ABŞ-a köçüb və orada təhsil alır.

Lent.az-ın məlumatına görə, Səbinə doğulduğu cinsi kimliyi qəbul etmir və Amerikada hormonal müalicə üsulu ilə cinsiyyətini dəyişmək qərarı verib. Özünü daha çox Sebastyan kimi təqdim edən bu gənc hazırda müalicəsinin ilkin mərhələsindədir və həkimlərin məsləhəti ilə testesteron qəbul edir.

O, bütün bu prosesi özü videoya çəkir və müalicəsini gün-gün və anbaan qeydə alır. Sebastyan testesteron qəbulundan sonra bədənində baş verən ən xırda dəyişiklikləri danışır, dərmanların ona necə hiss etdirdiyini açıqlayır.

Sebastyan bildirir ki, bütün bu dəyişiklik prosesini axıra qədər çəkəcək və danışacaq. O, eyni zamanda hər gün özünün bir şəklini çəkdiyini də bildirir. Bunu ona görə edir ki, müalicənin sonunda özü tam effekti görə bilsin.
Azərbaycanlı bu gənc cinsini dəyişir
Azərbaycanlı bu gənc cinsini dəyişir
Azərbaycanlı bu gənc cinsini dəyişir
Azərbaycanlı bu gənc cinsini dəyişir

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın