Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı bərbər alovla saç kəsir – VİDEO

Azərbaycanlı bərbər alovla saç kəsir – VİDEO

Bakıda bir bərbər insanların saçını formaya salarkən qəribə üsuldan istifadə edir.

Pünhan usta saçları spirtləyərək əməlli başlı alovlandırır. O, bunu şou xətrinə etmir.

Azərbaycanlı usta deyir ki, saçları alovlandırmaq onu düz hala salmaq üçün ən yaxşı vasitədir.

“Uzun saçları düz hala salmaq üçün çox vaxt kimyəvi maddələrdən istifadə edilir. Alov isə təbiidir, saçlara heç bir zərəri yoxdur”, – deyə usta bildirir.

Amma bu üsuldan hər kəsin istifadə etməsi məsləhət deyil. Çünki alova bəs edəcək qədər spirtin miqdarını bilmək, eyni zamanda alovun başdakı dərini yandırmaması üçün cəld davranmaq lazımdır.

Pünhan ustanın sözlərinə görə, o, öz işi ilə bağlı davamlı olaraq yeniliklər axtarır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın