Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanın xalq artisti “Qafqaz üçlüyü” filmini səsləndirib? – AÇIQLAMA

Azərbaycanın xalq artisti “Qafqaz üçlüyü” filmini səsləndirib? – AÇIQLAMA

Rüstəm İbrahimbəyovun ssenarisi və Eldar Şenqelayanın rejissorluğu ilə çəkilən “Qafqaz üçlüyü” filmi ilə bağlı müzakirələr davam edərkən iddia olunur ki, filmin dublyajında azərbaycanlı xalq artisti Məbud Məhərrəmov da iştirak edib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən xalq artisti Məbud Məhərrəmov “Qafqaz üçlüyü” filmindəki səsin onun səsinə oxşadığını inkar etməsə də, səsləndirmənin ona məxsus olmadığını bildirib:

“Qraf Kristovskinin bir filmi var idi. NTV kanalında yayımlanırdı. 9 hissəli serial idi. Moskvada məni bir adam elə səsləndirdi ki, düşündüm öz səsimdir. Mən heç o aktyoru tanımıram. Həmin filmin çəkilişləri Bakıda olmuşdu. Amma səsləndirməni NTV-də edirdilər. Mən həmin şəxsin familiyasını da bilmirəm. “Qafqaz üçlüyü” filminin səsləndirməsindəki o səs bəzi yerlərdə mənim səsimə oxşayır. Qraf Kristovskinin filminə baxanda məni səsləndirən aktyorun səsini eşidəndə mən özüm də təəccüblənmişdim. Ola bilər bəlkə də səsləndirməni həmin aktyor edib. Mən İbrahimbəyovun filminin səsləndirməsində iştirak etməmişəm, yalan söhbətlərdir. Mənim nə Eldar Şenqelaya ilə, nə də Rüstəm İbrahimbəyovla əlaqəm var”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …