Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanın məşhur şairinin adı siqaretə verilibmiş – FOTOFAKT

Azərbaycanın məşhur şairinin adı siqaretə verilibmiş – FOTOFAKT

Azərbaycanın məşhur şairi Mirzə Şəfi Vazehin adı XIX əsrdə Almaniyada bir siqaret firmasının məhsuluna verilibmiş.

Bu faktı kolleksioner Dilqəm Əhməd müəyyənləşdirib.

Qafqaznews.az bildirir ki, D.Əhmədin teleqraf.com-a verdiyi məlumata görə, alman şairi və səyyahı, Mirzə Şəfidən türk dilini və Şərqi öyrənən Bodenştedt 1851-ci ildə “Mirzə Şəfinin nəğmələri”ni ölkəsində çap etdirib. Geniş səs gətirən bu şeirlər Fridrixin başını gicəlləndirib və o, şeirlərin müəllifinin özü olduğunu yazıb, lakin əsərlər öz həqiqi sahibinin imzasına qovuşub: “”Nəğmələr” Avropada dəfələrlə çap olunub, fransız, ingilis, italyan, isveç, holland, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərinə tərcümə edilib. Təkcə Almaniyada 1922-ci ilə qədər 169 dəfə çap olunub”.

D.Əhməd əlavə edib ki, bu məşhurluqdan sonra Mirzə Şəfi adı Avropada brendə çevrilib. Rubinşteyn Mirzə Şəfinin əsərlərinə romans bəstələyib, şeirlərinin yazıldığı poçt açıqcaları çap olunub.

Sonda kolleksioner “Mirza-Schaffy” (“Mirzə Şəfi”nin almanca yazılışı) adlı siqaretin olduğunu isbat edən reklam yazısını təqdim edib və bu materialın 1897-ci ildə Drezdendə yayımlandığını qeyd edib.

459042_03459042_01

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın