Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200 boş yer qalıb

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200 boş yer qalıb

Həcc ziyarətinə sənəd qəbulunun bitməsinə iki ay qalıb.

Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
Onun sözlərinə görə, hazırda sənəd qəbulu davam edir: “Artıq 400-ə yaxın namizəd sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) təqdim edib”.

H.Babayev yerlərin tam tutulacağı təqdirdə kvotanın artırılmayacağını da vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycandan Səudiyyə Ərəbistanına Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün 600 nəfərlik kvota ayrılıb.
Xatırladaq ki, bu il Həcc ziyarəti üçün vahid qiymətdə xidmət paketi təqdim olunub. Belə ki, bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar məbləğində təyin olunub.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın