Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Azərbaycandakı bəzi icra başçıları özlərini padşah kimi aparırlar”

“Azərbaycandakı bəzi icra başçıları özlərini padşah kimi aparırlar”

Vəzifəli şəxslərə etik davranış qaydaları çərçivəsində müxtəlif müraciətlər olunur. Bunların içərisində ən geniş yayılanı “müəllim” sözüdür. Lakin son dövrlər başqa müraciət forması da səsləndirilir. Məsələn, yerli icra başçılarına “cənab başçı” deyə müraciət edirlər. Bu ifadənin arxasında əslində dərin məna dayanır. Məlum olduğu kimi, bu gün daha çox ölkə başçısına “cənab prezident” deyə müraciət edilir. İcra başçıları isə bu müraciət formasını seçməklə sanki özlərini regionun sahibi kimi göstərməyə çalışırlar. Eyni zamanda, bu müraciət formasının fonunda işinin keçməsini istəyən şəxsin yaltaqlıq xüsusiyyətləri də hiss olunur.

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, insanlar müraciət formasını seçməkdə sərbəstdirlər və etik davranış qaydalarına uyğun olaraq istədikləri müraciət formasını seçə bilərlər:

“İcra başçısına “cənab başçı” deyə müraciət edilməsi məcburi ola bilməz. “Müəllim” və digər müraciət sözlərindən istifadə edilə bilər. Amma heç kəs heç kəsə məcbur edə bilməz ki, ona “cənab” və ya “bəy” deyə müraciət etsinlər. Seçmək hüququ vətəndaşa məxsusdur və burada etik-davranış qaydalarına uyğun müraciət forması seçilir. Bəzi məsələlər artıq istək formasını alıb. Məsələn, Azərbaycanda artıq dövlət orqanlarının vəzifəli şəxslərinə müraciət istək formasını alıb və ən çox “müəllim” deyə müraciət edilir. Bu gün prezidentə müraciətdə “cənab” deyə istifadə edilməsi doğru variantdır, başqalarının istifadəsi üçün də seçim azadlığı var”.

Hüquqşünas bildirib ki, bəzi hallarda insanların istifadə etdikləri müraciət formalarında motivasiyalar rol oynaya bilər:

“Bunlardan biri də öz işinin tez həll olunması ilə bağlıdır. Azərbaycanda bəzi hallarda vəzifəli şəxslərə münasibətdə həddindən artıq yaltaqlıq elementləri hiss olunur, istəyirlər onun xoşuna gəlsin. Bəzən vəzifəli şəxslərin özləri belə müraciət formasını seçdirir ki, onlar başqalarından fərqlənsinlər. Bəzilərinin hətta özlərini yerli əmirlər, yerli padşahlar kimi aparmaq iddiaları, illüziyaları var. Ancaq bu cür münasibət az vəzifəli şəxsə aiddir. Əksəriyyət öz vəzifə funksiyalarını yerinə yetirir, xüsusi adlarla onlara müraciət etməsini istəyir”.

Əliməmməd Nuriyev qeyd edib ki, bəzi vəzifəli şəxslər belə müraciət formalarını istəməklə sanki hesab edirlər ki, onlar fərqlənəcək və bu onlara coşqunluq verəcək:

“Bu, şəxsin mədəniyyəti, eləcə də idarəetmə mədəniyyətinə nə qədər layiq olması ilə bağlı olan məsələdir. Xüsusi halları qabartmaq və məcbur etmə hallarından istifadə etməklə düşünürlər ki, onlar otaqdan çıxanda heç kim dəhlizdə olmamalıdır. Belə hallarla bağlı məlumatlar eşidirik. Düşünürəm ki, bu, uğurlu davranış tərzi deyil. O, əməli fəaliyyəti ilə insanların qəlbinə yol tapmalıdır. İdarəetmədə subardinasiya qaydalarına əməl etmək vacibdir və hər bir məmur bu seçimə uyğun olaraq davranış tərzi seçməlidir”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın