Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda ŞOK: Narkoman 4-cü sinif şagirdləri

Azərbaycanda ŞOK: Narkoman 4-cü sinif şagirdləri

“2014-cü ildə yetkinlik yaşına çatmayan uşaqlar arasında 5 nəfər narkotik maddə istifadəçisi aşkar olunub. Onların arasında 7, 9, 10-cu sinif şagirdləri də var. Hətta 4 və 5-ci siniflərdə də narkotikdən istifadə edən şagirdlərə rast gəlinir”.

Bunu AzVision.az -a açıqlamasında Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbərinin müavini Leyla Yolçiyeva deyib. O, bildirib ki, tələbə və şagirdlərin maddi imkanları olmadığına görə, onlar sintetik tərkibli narkotik vasitələrdən istifadə edirlər. Buda daha çox aslılıq yaradır:

“Hətta bir – iki dəfə istifadədən sonra insan özünü narkotik vasitəsiz təsəvvür edə bilmir. Az doza ilə qəbul edir. Daha sonra bundan zövq ala bilmir. Və dozanı artırmağa başlayır. Son nəticədə isə dozanı aşma “peridazirovka” deyilən həddə gəlib çıxır. Bu zaman isə orqanizm tap gətirə bilmir, qara ciyər sıradan çıxır”.

L. Yolçiyeva həmçinin əlavə edib ki, tərtib olunan statistikada tələbələrlə bağlı məlumat yoxdur. Çünki narkotikdən istifadə edən tələbələr adətən qeydiyyata düşməməyə çalışır. Belə olan halda isə statistikada problem yaşanır:

“Ümumilikdə isə ölkəmizdə 28 min 656 nəfər rəsmi qeydiyyatda olan narkoman var ki, onlardan 554 nəfəri qadınlardır. 666 nəfər isə anonim müalicə alır. Qeyri-rəsmi statistik rəqəmlər isə daha çoxdur”.

O, deyib ki, orta məktəblərədə narkotik vasitələrin məktəblilər arasında yayılmasının qarşısını almaq məqsədi ilə Təhsil Nazirliyi ilə birlikdə kurrikulum hazırlanıb. Onun sözlərinə görə, növbəti illərdə bu dərs vəsaiti kimi məktəblərdə tədris olunacaq:

“Demək olar ki, Azərbaycanın bütün universitetlərində tələbələrlə görüşlərdə olmuşuq. Tələbələr açıq şəkildə bizə suallarını verə bilirlər. Məktəblərdə də bu tipli görüşlər edirik. Hətta görüşdən sonra etiraf edənlər də olur. İstifadəçilərdən bəziləri deyir ki, sadəcə dadına baxmaq məqsədilə istifadə etmişəm. Amma indi alışmışam valideyinlərimə deyə bilmirəm. Biz də onları səhiyyə ocaqlarına yönləndiririk. Rayonlarda da tez-tez gedib maarifləndirmə işi aparırıq. Daha çox cənub bölgəsinə görüşlərə gedirik”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın