Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda narkomanların sayı açıqlandı

Azərbaycanda narkomanların sayı açıqlandı

Azərbaycanda 2015-ci il üzrə qeydiyyatda olan narkomanların dəqiqləşdirilmiş sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən respublika üzrə 31 dekabr 2015-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 28 min 555 nəfərdir.

20 min 36 nəfər opioidlərin, 8 min 519 nəfər kannabioidlərin qəbulu nəticəsində bu bəlaya düçar olub. Bunlardan dispanser qeydiyyatında olanlar 23 min 153 nəfər, profilaktik müalicə alanlar 5402 nəfərdir. Anonim müalicə alanlar 583 nəfər, toksikomanlar 158 nəfərdir. Narkotik istifadəçilərinin 592 nəfəri qadındır.

2015-ci il ərzində 2017 narkoman qeydiyyata götürülüb. Bunlardan 1224 nəfər opioidlərin, 793 nəfər kannabioidlərin qəbulu nəticəsində bu bəlaya düçar olub. Bu narkomanların 1432 nəfəri dispanser qeydiyyatındadır, 585 nəfər profilaktik müalicə alır.(apa)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın