Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda işəgötürülən seksual təzyiqə məruz qoyularsa… – Cəza veriləcək

Azərbaycanda işəgötürülən seksual təzyiqə məruz qoyularsa… – Cəza veriləcək

Azərbaycanda işəgötürüləni seksual təzyiqə məruz qoymaya görə sərt cəzalar müəyyənləşdirilir.

Məlumata görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə görə, seksual qısnamaya görə, işə götürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək.

Bununla bağlı hazırkı cərimələr 70 manatdan 90 manata qədərdir.

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub. /lent.az/

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın