Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda internet-trafikdən istifadə artıb

Azərbaycanda internet-trafikdən istifadə artıb

Azərbaycanın magistral provayderi “Delta Telecom” şirkətinin şəbəkəsində istifadə olunan internet-trafikin həcmi noyabrın əvvəlindən 5,5 faiz artıb.

Trend-in şirkətin hesabatına əsasən verdiyi məlumata görə, internet trafikin həcmi 190 giqabitə çatıb.

Şəbəkənin yüklənmə dinamikası günün hissələrindən asılı olur. Ən çox yüklənmə axşam saatlarında qeydə alınır. Saat 21:00-23:00 arası 190 giqabitədək yüklənmə qeydə alınır. Səhər erkən saatlarında bu rəqəm 20 giqabitə bərabər olur.

Ölkədə “Delta Telecom”un trafikini 25 telekommunikasiya operatoru bölüşdürür.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın