Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda daha bir qadını əri döydü- Uşağı qoyub qaçdı

Azərbaycanda daha bir qadını əri döydü- Uşağı qoyub qaçdı

Övladı ilə sığınacaqda qalan ana həkimə gedərkən əri tərəfindən qaçırılıb və döyülməkdən ayağı tutulub.

Bu haqda sosial şəbəkədə yazan Mehriban Zeynalova qadının hazırda Xəzər Rayon Polis İdarəsində  olduğunu deyib: “Sığınacağımızda qalan bir qadın ay yarım bundan əvvəl uşağı ilə yaxınlıqdakı həkim məntəqəsinə gedib qayıtmamışdı. Dərhal bu barədə yaxınlıqdakı polis şöbəsinə məlumat vermişdik. Çünki o ərəfədə əri bizə zəng vursa da, qadın onun yerinin bildirilməməsini xahiş etmişdi. Qadın yoxa çıxdıqdan sonra əri bizə zəng vurub polisin ondan izahat istədiyini və bizim vaxtında məlumatı gizlətdiyimizə görə cavab verəcəyimizlə hədələmişdi. O zaman kişiyə qadının həyatının təhlükədə olduğunu dediyini əsas gətirdik. O isə bizə dedi ki, “mən heç vaxt onu döyməmişəm, sadəcə özü günahkar idi”. İndicə polisdən zəng vurdularki, qadın polis idarəsindədir. Sən demə, indiyə kimi ərinin yanında imiş və əri onu gizlədib. Hazırda qadının döyülməkdən ayağı tutulub, yeriyə bilmir. Polis şöbəsindədir. İşgəncədən bu dəfə uşağını da qoyub qaçıb”.

Mehriban Zeynalova hadisə ilə bağlı qadınla görüşdən sonra geniş məlumat verəcəyini qeyd edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın