Ana səhifə / Şou Biznes / Azərbaycanda 13 əcnəbiyə orqan köçürülüb

Azərbaycanda 13 əcnəbiyə orqan köçürülüb

“Azərbaycanda ilin əvvəlindən indiyədək 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılıb”.

AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib. O, bildirib ki, son illər viruslu hepatitlərə yoluxmuş xəstələrin sayının artmasını nəzərə alaraq cari ildə viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” yaradılıb.
Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Hazırda 2356 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.
Şöbə müdiri ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin hazırda müalicə edildiyini, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparıldığını deyib.
Onun sözlərinə görə, yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub. Sevindirici haldır ki, bu gün belə əməliyyatların aparılması üçün hətta qonşu ölkələrin vətəndaşları bizə müraciət edirlər. 2015-ci il ərzində 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstəyə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib:
“Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilin sentyabrında Nazirliyin müvafiq əmri ilə “Koxlear implantasiya əməlliyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya yaradılıb. Belə ki, bu qısa müddət ərzində 52 nəfər komissiyaya müraciət edib. Artıq 4 uşağa Dövlət hesabına koxlear implantasiya əməliyyatı uğurla icra edilib”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın