Bu gün, aprelin 1-də Azərbaycan Silahlı Qüvvələri Xüsusi Təyinatlılar Komandanlığının və xüsusi təyinatlıların ailə üzvlərinin iştirakı ilə keçənilki aprel müharibəsi zamanı bu dəstədən qəhrəmancasına həlak olmuş döyüşçülərin anım mərasimi keçirilib.
Xatırladaq ki, Xüsusi Təyinatlılar Dəstəsinin komandiri şanlı general Hikmət Mirzəyevdir.
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzərək, xatirəsini hörmətlə yad ediblər. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını qurban verərək həlak olmuş əsgərlərin şərəfinə ağaclar əkilib.
Həlak olanların anım mərasimindən sonra ehsan verilib.
Həlak olmuş xüsusi bölmə əsgərlərinin valideynləri bugünkü mərasimdən şəkilləri redaksiyamıza təqdim ediblər.
Allah rəhmət eləsin!