Ana səhifə / Şou Biznes / “Azərbaycan təhsil sistemi şagirdlərə təhsil vermir, qətl edir, qətl!” – Rüfət Səfərov

“Azərbaycan təhsil sistemi şagirdlərə təhsil vermir, qətl edir, qətl!” – Rüfət Səfərov

“Azərbaycan təhsil sistemi şagirdlərə təhsil vermir, qətl edir, qətl! Bizi hansı gələcək gözləyir…”

Azinforum.az xəbər verir ki, bu sözləri məşhur YAP-çı, «91-lər»in üzvü, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov deyib.

O, Azərbaycanın təhsil sistemini sərt tənqid edib: “İndicə 4-cü sinif şagirdi olan bacım oğlu Paşa pərt halda, ağlayaraq evə daxil oldu. Demək, səhər anası Paşaya gül dəstəsi bağlatdıraraq məktəbə yola salıb ki, sinif rəhbərini təbrik etsin. Gül dəstəsi müəlliməyə təqdim olunarkən o, sinif uşaqlarının arasında nümayişkəranə surətdə söyləyib: “Paşa, səndən heç gözləməzdim!” Pul istəyirmiş… Hazırda uşaq dərin psixoloji sarsıntı altında evin bir bucağında özünə qapanıb. O müəllimənin fotosunu əldə edib, ictimailəşdirəcək və birbaşa Mikayıl Cabbarova göndərəcəyəm. Azərbaycan təhsil sistemi şagirdlərə təhsil vermir, qətl edir, qətl! Bizi hansı gələcək gözləyir…”

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın