Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan hakimlərinin toplanışı təxirə salınıb

Azərbaycan hakimlərinin toplanışı təxirə salınıb

Azərbaycanın futbol hakimləri Bolqarıstana təlim-məşq toplanışına vaxtında yollana bilməyiblər.

Bu barədə “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

Onun sözlərinə görə, buna səbəb iyulun 16-na keçən gecə Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar Türk Hava Yollarına məxsus təyyarənin İstanbuldakı Atatürk Hava Limanına reysi dayandırması olub. Həmin gecə yola düşə bilməyən hakimlərin səfəri bu gecə baş tutacaq.

Ədalət təmsilçiləri Bansko şəhərində “Balvedere Holiday Club” otelində məskunlaşacaqlar.

Məmmədov səfərin təxirə salınması ilə əlaqədar heç kimi günahlandırmasa da, azərbaycanlı hakimlərin 4 yüksək səviyyəli oyunu idarə edə bilməyəcəklərindən təəssüfləndiyini bildirib: “Ümumilikdə hakimlərimizin 17-18 oyunu idarə etmələri nəzərdə tutulmuşdu. Amma 4 qarşılaşma əldən çıxdı. Onların arasında Bolqarıstan və Yunanıstanın yüksək liqa klublarının matçları da var idi. Buna təəssüflənirik. Amma təşkilatçılarla danışmışıq. Bakıya iyulun 30-da deyil, avqustun 1-də qayıdacağıq. Yəni, iki gün gec getdiyimiz üçün əlavə iki gün qalacağıq. Bu səbəbdən, daha bir neçə görüşdə iştirakımız mümkündür”.

Qeyd edək ki, Bolqarıstan toplanışına 11 referi və 17 referi köməkçisi qatılacaq.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın