Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan gömrüyündə xoşagəlməz olay: Gömrükçülərlə qadınların “döyüşü” (VİDEO)

Azərbaycan gömrüyündə xoşagəlməz olay: Gömrükçülərlə qadınların “döyüşü” (VİDEO)

Azərbaycan gömrüyündə zaman-zaman xoşagəlməz hadisələr baş versə də, Dövlət Gömrük Komitəsinin reaksiyası fərqli olub.

Mia.az xəbər verir ki, belə xoşagəlməz hadisələrdən biri də bir neçə gün əvvəl Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq Körpü”də yaşanıb.

Bu barədə sentyabrın 14-də youtube.com-a yüklənən “Azərbaycan gömrüyündə rüsvayçılıq”başlıqlı videodan da görünür ki, yoxlama məntəqəsindən keçmək istəyən qadınlarla (böyük ehtimalla bu qadınlardan bir neçəsi kiçik alverlə məşğuldurlar- Mia.az) gömrük əməkdaşları “dartışır”.

Maraqlıdır ki, bu “dartışma”nın ortasında sadə vətəndaşlar və onların çantaları da öz “nəsibi”ni alır. 

Videoda diqqətçəkən xeyli məqamlar olsa da, biz bunlara şərh vermirik.

Güman edirik Gömrük Komitəsi tərəfindən bu video əsasında araşdırma apararaq, Mia.az-ın oxucularına da təfərrüatlı açıqlama veriləcək:

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın