Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Azərbaycan ailəsi ərəbləşir, farslaşır” – Dövlət Komitəsinin sədr müavini

“Azərbaycan ailəsi ərəbləşir, farslaşır” – Dövlət Komitəsinin sədr müavini

“Ölkədə anormal dindarlaşma halları var”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” adlı dəyirmi masada çıxışı zamanı bildirib.

Bu kimi halların təkcə İslam dinində mövcud olmadığını deyən G. İsmayılov qeyd edib ki, bura dini ekstremizm, ailə dəyərlərinin deqradasiyaya uğraması amilləri daxildir: “İslam dinində şəriət eyni olsa da, mədəniyyətlər fərqlidir. Din pərdəsi altında xalqlara məxsus həyat tərzi islam həyat tərzi kimi təqdim olunur. Nəticədə Azərbaycan ailəsi ərəbləşir, farslaşır. Yad ailə modelləri bizim üçün təhlükədir. Əgər ənənəvi ailə institutu laxlayacaqsa, təbii ki son nəticədə milli dövlətçiliyə zərbə dəyəcək. Etiraf edək ki, İslamda 4 qadınla ailə qurmağa icazə verilir. Ancaq bu, ərəb mədəniyyətinə xasdır. Azərbaycan mədəniyyətində bu qəbul olunmur. İslam isə bu mədəniyyətlərin heç birini inkar etmir”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın