Ana səhifə / Şou Biznes / Azərbaycan əsilli milyarder Telman İsmayılovun 225 milyon dollardan çox borcu var.

Azərbaycan əsilli milyarder Telman İsmayılovun 225 milyon dollardan çox borcu var.

AzVision.az xəbər verir ki, belə bir iddia ilə Türkiyə mətbuatı çıxış edib. Türk KİV-lərinin yaydığı məlumata görə, Telman İsmayılovun borca görə Antalyada 1,5 milyard dollara tikilən “Mardan Palace” oteli satışa çıxarılacaq.

Azərbaycanlı milyarderin “Xalq” bankı ilə yanaşı bir neçə banka da küllü miqdarda borcu var. Borca görə “Mardan Palace” Antalaya 4-cü icra dairəsi tərəfindən satışa təqdim olunacaq.

Ümumilikdə 104 min 719 kvadratmetr ərazini əhatə edən tikililərin sahibi AST İnşaat, Turizm və Ticarət şirkətinin 2 banka ayrı-ayrılıqda 176 milyon dollar və 90 milyon dollar borcu var. İcra sənədində isə şirkətin ümumilikdə 225 milyon dollardan çox borc siyahısı təqdim edilib.

AST Telmanın borcları:

– Türkiyə “Xalq” Bankın Adapazarı şöbəsinə 100 milyon dollar və 50 milyon türk lirəsi ipoteka borcu

– “Garanti” banka 15 milyon dollar, 35 milyon dollar, 26 milyon dollar və 40 milyon türk lirəsi ipoteka krediti borcları

– “Asiya” İnşaat şirkətinə 3 milyon 26 min türk lirəsi

– İstanbul Kozyatağı Vergi idarəsinə 1 milyon 716 min 630 türk lirəsi və 1 milyon 207 min türk lirəsi

-Muratpaşa Sosial Təhlükəsizlik qurumuna 13 milyon 668 min türk lirəsi, 1 milyon 100 min türk lirəsi və 16 milyon 625 min 900 türk lirəsi

-“Güçlü” İnşaat firmasına 15 milyon 141 min 682 türk lirəsi.

– “Serdes Factoring” firmasına 1 milyon 463 min 516 türk lirəsi

İstanbul şəhərinin 10 saylı icra məhkəməsinin satış sənədində otel və 6 villanın hərracla satışa çıxarılacağı tarix də göstərilib. Belə ki, hərrac iyunun 3-də, Antalya 4-cü icra dairəsində baş tutacaq.

Hərracda otelə 251 milyon dollar, villalara isə 26 milyon 956 min 360 dollar qiymət qoyulacaq.

Əgər göstərilən qiymətə satış baş tutmasa, bu halda hərrac iyunun 30-a təxirə salınacaq.

Altı villadan biri, Teıman İsmayılovun özünün yaşadığı VİP villa isə ayrıca satışa çıxarılacaq.

Həm villalar, həm də otellər eyni gündə yerli vaxtla saat 14:50-15:00 radələrində satışa çıxarılacaq.

Qeyd edək ki, “Mardan Palace” oteli 2009-cu il mayın 23-də açılıb. Otelin ümumi sahəsi 180 min kvadretmetrdir. 1200 nəfərlik otelin 560 otağından 4-ü “kral” nömrəsidir. Ümumilikdə oteldə 11 restoran və 11 kafe-bar fəaliyyət göstərir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın