Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan ən yaxşı ölkələr reytinqində 69-cudur

Azərbaycan ən yaxşı ölkələr reytinqində 69-cudur

Amerikanın US News & World Report jurnalının versiyasına görə Azərbaycan dünyanın ən yaxşı ölkələrinin siyahısında 69-cu yeri tutub.

Bundan başqa, Azərbaycanın məcara (69), vətəndaşlıq (61), mədəni təsir (75), sahibkarlıq (67), miras (70), liderlər (41), biznes açıqlığı (66), güc (47) və həyat keyfiyyəti (65) üzrə reytinqləri açıqlanıb.
Reytinq siyahısında ümumilikdə 80 ölkənin vəziyyətinə baxılıb.

Siyahıya İsveçrə başçılıq edir. Ölkələlər 9 meyar üzrə qiymətləndirilib. Turizmin və sosial sahənin inkişafı, iqtisadi artım, əhalinin yaşayış səviyyəsi və dünya arenasına təsir də meyarlar arasında olub.
Ümumilikdə siyahının ilk onluğuna Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya, İsveç, ABŞ, Avstraliya, Fransa və Norveç daxildir. Siyahıda cəmi 80 ölkə var. Ən son yerlərdə isə Alcəzair, İran və Serbiya qərarlaşıb.

Reytinq tərtibatçıları ölkədə keçirilən prezident seçkilərinə birmənalı münasibətin olmaması fonunda ABŞ-ın ümumilikdə nüfuznun aşağı düşdüyünü qeyd ediblər. Ölkənin həmçinin böhranla üzləşdiyi və yeni nəsil liderlərinə ehtiyacı olduğu da qeyd olunub.

Bununla yanaşı göstəricilərə görə ABŞ güc və dünyaya təsir qüvvəsinə görə birinciliyini qoruyub saxlayır.

Tədqiqat müəlliflərinin sözlərinə görə, artıq ikinci ildir ki, ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Almaniya bu meyar üzrə böyük fərqlə liderlik edirlər (BBC).

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın