Belə ki, Leyla İrəvanda əri və qızı Adellə gəzintiyə çıxıb və orada çəkdirdiyi fotoları sosial media hesabında yerləşdirib.

Xatırladaq ki, azərbaycanlı qızın erməni oğlanla ailə qurması sosial şəbəkələrdə böyük səs-küyə səbəb olmuşdu. Belə ki, azərbaycanlı sosial şəbəkə istifadəçiləri qızın bu addımını qınamışdılar.

Lakin onu dəstəkləyənlər də olmuşdu. Onlar bildirmişdilər ki, milliyyətin fərqi yoxdur, əsas xoşbəxtçilikdir.

Qeyd edək ki, Leylanın atası azərbaycanlı, anası osetindir. O, Artyomla 2012-ci ildə ailə qurub. (Axşam.az)