Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azər Zeynalov ölkəni tərk edib? – Açıqlama

Azər Zeynalov ölkəni tərk edib? – Açıqlama

Uzun müddətdir ki, Azərbaycanın sevilən opera müğənnisi, Xalq artisti, professor Azər Zeynalov nədənsə efirlərdən uzaq düşüb. Bir müddət öncə musiqiylə, sənətlə yanaşı aktiv siyasətlə də məşğul olan Xalq artistinin indi efirlərdə görünməməsi pərəstişkarlarında, sənətini, səsini sevənlərdə narahatlıq doğurur. Xalq artistinin sənətdən uzaqlaşdığını və ya səhhətində hansısa problem yaşadığını düşünənlər var. Hətta, bəziləri elə düşünür ki, Azər Zeynalov ölkəni tərk edərək Türkiyəyə üz tutub. Qardaş ölkədə də opera sahəsi üzrə müəllimlik fəaliyyəti ilə məşğul olacaq.

Moderator.az yaranmış narahatçılıqlara aydınlıq gətirmək məqsədilə Xalq artistinin özü ilə əlaqə yaradıb.

Azər Zeynalov Azərbaycanda, Bakıda olduğunu bildirib:

“Mən Azərbaycandayam, heç yerə getməmişəm, getmək barədə də düşünmürəm. Hər şey qaydasındadır, heç bir problem yoxdur. İşlərim, fəaliyyətim davam edir. Sadəcə işlərin çoxluğu, zaman azlığı efirlərdə görünməyə mane olur. Yaxın zamanlarda yaradıcılığımdakı yeniliklər, gördüyüm işlər barədə də geniş məlumat verərəm”.

Qeyd edək ki, Azər Zeynalov ötən ay Prezident Mükafatına layiq görülüb.

Moderator.az sonda Xalq artistinin canlı ifası üçün darıxan prəstişkarlarına, həmçinin musiqisevərlərə böyük Əhməd Cavadın həyat yoldaşına ithaf etdiyi sözlərə Emin Sabitoğlunun bəstələdiyi, Azər Zeynalovun möhtəşəm səsiylə həyat verdiyi “Şükriyyəm” əsərini təqdim edir:

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın