Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Azərsu” maaş böhranı xəbərini təkzib etdi…

“Azərsu” maaş böhranı xəbərini təkzib etdi…

Azinforum.az xəbər verir ki, “Azərsu” ASC – nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təmsil etdiyi qurumla bağlı yayılan informasiyaya aydınlıq gətirib:

“Bu gün bir neçə sayt “Azərsu” ASC-də əmək haqlarının gecikməsi ilə bağlı həqiqətdən uzaq və qarşı tərəfin mövqeyini öyrənmədən məlumat yayıb. Əgər özlərinə əziyyət verib rəsmi mövqe kimi yazmaq istəsələr buyursunlar. “Azərsu” ASC-də heç bir əmək haqqı böhranı yoxdur. Bütün təşkilatlarımız noyabr ayının maaşlarını tam bağlayıb və şəxsən mən dekabrın da maaşını almışam. Eyni zamanda Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Tağıyev adına, Kür Su təchizatı idarələri, Sukanal ETLİ, Sutikinti müəssisəsi, Xətai Sukanal, Bakı Sukanal idarələri, Mərkəzi Laboratoriya və s. müəssisələrimiz də dekabrın maaşlarını alıb, digərləri isə ayın sonuna qədər alacaqlar…”

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın