Ana səhifə / Şou Biznes / “Azərkitab” Çingiz Abdullayevlə müqavilə bağlandı – FOTO

“Azərkitab” Çingiz Abdullayevlə müqavilə bağlandı – FOTO

“Azərkitab” Kitab Təbliğatı Mərkəzi ilə dünya şöhrətli yazıçı, dedektiv janrının ustası, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı Çingiz Abdullayev arasında Müəllif Lisenziya müqaviləsi imzalanıb.
Azinforum.az xəbər verir ki,  müqaviləyə əsasən “Azərkitab” Kitab Təbliğatı Mərkəzi yazıçı Çingiz Abdullayevin 3 kitabını, 2 yeni – “Торжество хама”, “Южная рапсодия”, həmçinin ona şöhrət gətirən “Голубые ангелы” əsərlərinin rus dilində nəşrini və çapını həyata keçirərək, dünyanın bir sıra ölkələrinə ixracını təmin edəcək. Bu razılaşma “Azərkitab” ın müəllifin kitablarının primyeralarını həm  Bakıda, həm də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də MDB ölkələrində təşkilini nəzərdə tutur.
Qeyd edək ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi gələcəkdə də Azərbaycanın bir çox yazıçı və alimləri ilə bu istiqamətdə əməkdaşlıq etmək və onların təbliğatını dünya ölkələrində həyata keçirmək niyyətindədir.
 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın