Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / “Azərişıq”ın yarımstansiyası yandı

“Azərişıq”ın yarımstansiyası yandı

Sumqayıt şəhərində qaraj və “Azərişıq” ASC-nə məxsus yarımstansiya yanıb.
 
Musavat.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan dəmir konstruksiyadan ibarət qarajın içərisində istifadəsiz məişət əşyaları və yaxınlıqdakı “Azərişıq” ASC-nə məxsus ümumi sahəsi 80 kv.m olan yarımstansiyanın dam örtüyünün taxta konstruksiyaları 20 kv.m sahədə və 20 p.m kabel yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın