Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Şou Biznes / “Azəriqaz”da ixtisarlar başladı: işçilərin taleyi necə olacaq?

“Azəriqaz”da ixtisarlar başladı: işçilərin taleyi necə olacaq?

“Azəriqaz”ın Bakıdakı qaz idarələrinin ləğv edilməsi nəticəsində xeyli əməkdaşın işsiz qalma məsələsi gündəmə gəlib.

Lent.az-ın məlumatına görə, artıq qaz idarələrinin əməkdaşlarından işdən çıxmaqla bağlı ərizələrin alınmasına başlanılıb. İşçilərə bildirilib ki, yanvar ayının ortasına qədər işdənçıxarılma prosesi tam yekunlaşacaq.

Məsələ ilə bağlı sayta açıqlama verən “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, hazırda Bakı Regional Satış və Bakı Regional İstismar Departamentinin formalaşdırılması prosesi gedir: “Odur ki, idarələrdən işdən çıxarılan işçilərin bu depertamentlərə transferi həyata keçirilir. Həmçinin təkmilləşdirmə kurslarına cəlb ediləcək, eləcə də digər idarələrdə işə götürüləcək şəxsləri nəzərə alsaq, işsiz qalanların sayının az olacağını düşünürük”.

Qeyd edək ki, “Azəriqaz”ın idarələrində işdən çıxarılan şəxslərin hər birinə əmək haqqlarının 5 misli miqdarında kompensasiya veriləcək.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın