Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Azərcell”in yeni müştəriləri də var…

“Azərcell”in yeni müştəriləri də var…

İsveç-Finlandiya telekommunikasiya nəhəngi “TeliaSonera”nın icraçı direktoru Yohan Dennilend şirkətin Azərbaycandakı törəmə müəssisəsi “Azercell”in səhmlərinin bir hissəsinə nəzarət edən “Fintur Holding” şirkətinə yeni müştərilərin maraq göstərdiyini açıqlayıb.

Virtualaz.org xəbər verir ki, Yohan Dennilend Türkiyənin “Türkcell” telekommunikasiya şirkətinin “Fintur Holding”in səhmlərini almaq marağı haqda məlumatlı olduqlarını, ancaq bu aktivlərlə maraqlanan başqa potensial müştərilərlə də danışıqların aparıldığını bildirib.

Dünyanın üçüncü ən iri telekommunikasiya şirkəti olan “TeliaSonera” “Fintur Holding”dəki səhmlərini satmaq qərarına Azərbaycan və Özbəkistan da daxil olmaqla bəzi ölkələrdə üzləşdiyi korrupsiya qalmaqallarından sonra gəlib. Ötən il “TeliaSonera” elan edib ki, Avrasiya diviziyonu ölkələrini (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Moldova və Gürcüstan) tərk edəcək. Bu məqsədlə şirkət aktivlərini satışa çıxarıb. “Azərcell”in səhmlərinin bir hissəsinə nəzarət edən “Fintur Holding”i almağa dərhal türklər maraq göstərmişdi.

“Fintur Holding”in səhmlərinin 41.45 faizi “Türkcell”ə məxsusdur. Qalanı isə “TeliaSonera”nın nəzarətindədir Öz növbəsində “Fintur Holding” “Azərcell”, “Geocell”, “Kcell” və “Moldcell” mobil rabitə operatorlarının səhmlərinin bir hissəsinə nəzarət edir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın