Şənbə , Dekabr 5 2020
Ana səhifə / Şou Biznes / Azərbaycanlının Rusiyanı heyrətə gətirən `bomj` fırıldağı

Azərbaycanlının Rusiyanı heyrətə gətirən `bomj` fırıldağı

Rusiyanın Kemerov vilayətində üç fırıldaqçı məsuliyyətə cəlb olunub.

 

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 39 yaşlı Azərbaycan vətəndaşı və onun iki əlbiri “bomj”lara və əyyaşların adına kredit rəsmiləşdirməklə 3 Kemerovsk bankına ziyan vurub. Məlumata əsasən 2012-ci ilin sentyabrından 2013-cü ilin fevral ayına qədər fırıldaqçılar 15 cinayət törədiblər.

Cinayətlərin hamısı bir sxem əsasında həyata keçirilib. Fırıldaqçılar küçə həyatı yaşayan şəxsləri tapıb və onları pul müqabilində banklardan kredit götürməyə razı salıblar.

Dələduzlar “bomj”ları götürülən kreditləri ödəyəcəklərinə inandırıblar. Bundan sonra fırıldaqçılar əmək kitabçası da daxil olmaqla “bomjlar” üçün saxta sənədlər hazırlayaraq banklardan 25-400 min rubl kredit götürüblər.

Banklar kredit götürən şəxslərdən pulların ödənilməsini tələb edəndə isə, məsələnin üstü açılıb. Elşən Mehdiyev, Natalya İbrahimova və Yuliya məhkəmənin qərarı ilə şərti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onların kimlərə nə qədər və hansı məbləğdə kompensasiya ödəyəcəyi vətəndaşların müraciətləri əsasında müəyyənləşəcək.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın