Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlılar erməni qadının həyatını xilas etdi

Azərbaycanlılar erməni qadının həyatını xilas etdi

Rusiyanın Surqut şəhərində keçirilən milli mədəniyyət festivalında Ermənistan təmsilçisinin vəziyyəti qəfildən pisləşib.

AzVision.az “osurgut.com”-a istinadən xəbər verir ki, ilk olaraq halı pisləşən erməni qadına Azərbaycan nümayəndələri yardım edib.

“Ararat” mili-mədəni mərkəzinin sədri Armenak Simonyan hadisə ilə əlaqədar erməni xalqı adından azərbaycanlılara təşəkkür edib.

“Həmyerlimizə yardım edən Azərbaycan təmsilçilərinə bütün erməni xalqı adından təşəkkür etmək istəyirəm. Məgər bu bizim xalqlarımız arasındakı yaxşı münasibətlərin bariz nümunəsi deyil? Bu, onu sübut edir ki, Surqutda azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşayır və bir-birinə dəstək verir. Gəlin, bu cür də davam edək”, – deyə Simonyan bildirib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın