Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

İdarədən bildirilib ki, insan sıxlığı və hava şəraiti bəzi zəvvarların durumuna mənfi təsir edir, onlarda halsızlıq kimi əlamətllər müşahidə olunur: “Amma həkimlərin müdaxiləsi ilə vəziyyətləri normallaşır. Hər il zəvvarlar arasında yayılan güclü qrip epidemiyası bu il özünü göstərməyib”.