Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı siyasətçinin qız övladlarından ikiqat uğur – Musayeva bacıları tarix yazdılar – FOTOLAR

Azərbaycanlı siyasətçinin qız övladlarından ikiqat uğur – Musayeva bacıları tarix yazdılar – FOTOLAR

Günel Musayeva: “İnsanın əməyinin qarşılığını alması əvəzolunmaz bir duyğudur”

Azərbaycanın tanınmış siyasətçisi, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin övladları Günel və Xeyrənsə Musayeva bacıları qardaş Türkiyədə tarixi uğura imza atıblar. İstanbulun ingiliscə təhsil verən ən çox xarici tələbəyə sahib Bahçeşehir Universitetindən böyük nailiyyət əldə edərək məzun olan bacılardan Günel Musayeva universitet birincisi, Xeyrənsə Musayeva isə, universitet üçüncüsü olaraq təhsillərini yekunlaşdırıblar.

Birinci olan G.Musayeva Bahçeşehir Univeristeti 2017-ci il dönemi “Altın Beyin”i fəxri adı ilə təltif edilib və ona “Altın Beyin” ödülü verilib. Tələbələr adına çıxış edən Günel xanım bu qələbəsini ailəsinə və Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyini bildirib. Çıxışını Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və Atatürkü anaraq yekunlaşdırıb.

G.Musayeva İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər fakültəsi Beynəlxalq Maliyyə Bölümü ilə yanaşı, ikinci ixtisas olaraq İqtisadiyyat, X.Musayeva isə Beynəlxalq Maliyyə və Biznesin idarəedilməsi bölümlərində təhsil alıblar. Eyni zamanda hər iki bacı Amerikanın ən yaxşı araşdırma universiteti olan Syracuse Universitetində Maliyyə bölümündə oxumuş və orada da maksimum 4 not ortalaması əldə ediblər. Bu tələbələr 2012-ci ildə Azərbaycanda qızıl medal alaraq, ölkə birinciliyi ilə məzun olublar.

Qələbəsi ilə bağlı “Yeni Müsavat”a açıqlama verən G.Musayeva təəssüratlarını bölüşdü: “Mən heç bir uğurun təsadüfi olmadığına, hər bir nailiyyətin əzm, iradə ilə yorulmadan, durmadan çalışmaqdan keçdiyinə inanıram. Bu səbəbdən də, bu uğuru müəyyən mənada gözləyir, daha doğrusu istəyirdim. Qalib olmanın, qızıl medaldan sonra qızıl beyini qazanmanın mənə yaşatdığı sevinci ifadə etməkdə kəlimələr kifayətsizdir, insanın əməyinin qarşılığını alması əvəzolunmaz bir duyğudur. Xüsusilə, bacımla bərabər ilk üçlüyə daxil olmaq mənim üçün fərqli bir fəxrdir.

Bu arada bizə ailədə hər zaman bir həqiqət öyrədilib ki, bir uğuru əldə etdiyimiz zaman bunun yüzdə əllisi bizim əməyimiz sayəsində olubsa, 50%-i bizi öyrədən insanların sayəsindədir. Bizə etimad edən, üzərimizdə əməyi olan, hər zaman qələbəmizi gözləyən insanların, dəyərli müəllimlərimizin də sevincinə şahid olmaq, onlara bu qüruru yaşatmaq bizə ikiqat zövq və xoşbəxtlik nəsib etdi.

Həmçinin, öyrəndiklərimiz sadəcə bizə dərs verən müəllimlərimizlə sərhədlənmir. Yaşadığımız hər pozitiv və neqativ şeydən çıxardığımız nəticə həyatımıza girən insanların bizə qatdıqlarıdır. Buna görə ətrafımızdakı hər kəsə, xüsusilə xoş bir təsadüf nəticəsində məktəbimizə gəlib bizləri Bahçeşehir Universitetinə gətirən Envel Yücel`ə təşəkkür edirik. Ancaq iki möhtəşəm insan var ki, onları xüsusilə vurğulamalıyıq.

Gözlərimizi dünyaya açdığımız andan etibarən varlığını, sevgisini, qəlbinin hərarətini hiss etdiyimiz ilk müəllimlərimiz, həyatımıza heç bir zaman sərhədlər qoymadan, müdaxilələr etmədən doğrunu əyridən ayırmaq üçün stimul verən, dünyada ən mötəbər duyğu olan azadlığın nə olduğunu və önəmini öyrədən, bizi sevən, dəstəkləyən, qələbəmizi, uğurumuzu gözləyən, bizə daim etimad edən ən böyük dəstəkçilərimiz ata və anamıza sonsuz təşəkkürlər edirik. Bu uğurumuzu sevgili ailəmizə və Azərbaycan Türkiyə birliyinə həsr edirik”.

Partiya sədrinin qızı gələcəklə bağlı planlarını da açıqladı: “Gələcəklə əlaqəli bir çox planlarım var. Əslində çox da paylaşmağın tərəfdarı deyiləm, çünki insanın səssizcə çalışıb uğurunun onun səsi olması gərəkdiyinə inanıram. Qısaca, bunu deyə bilərəm ki, hər ikimiz hələ ki, təhsilimizi ixtisasımız üzrə davam etdirməyi və bu müddət ərzində özəl sektorda da fəaliyyət göstərərək, ikitərəfli özümüzü inkişaf etdirməyi və millətimizə, ölkəmizə və dünyaya faydalı insanlar olmağı hədəfləyirik”.

Qeyd edək ki, Bahçeşehir Universiteti Türkiyədə ən çox xarici tələbəyə sahib olan, tam ingilis dilində təhsil verən bir universitetdir. 106 ölkədən 3200 xarici tələbəyə sahibdir. Hazırda 3 qitə, 8 ölkəyə yayılmış Silikon vadisindən Hong Konga qədər uzanan 5 universiteti, 4 dil məktəbi, 5 akademik mərkəzi olan BAU Global Universiteti Türkiyənin ən nüfuzlu vəqf universitetidir.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın