Şənbə , Dekabr 5 2020
Ana səhifə / Şou Biznes / Azərbaycanlı sahibkarlar Rusiyada aclığa başladı

Azərbaycanlı sahibkarlar Rusiyada aclığa başladı

Sentyabrın 1-də Rusiyanın Kirov şəhərində Komsomolski meydanında ticarət yarmarkasında sahibkarların və “özüməşğul şəxslərin” aclıq aksiyası başlayıb. Aksiyada 20-yə yaxın Rusiya və Azərbaycan vətəndaşı iştirak edir.

Kasparov.Ru müxbirinin xəbər verdiyi kimi, sahibkarlar mini-bazarın ləğv edilməsini dayandırmağı tələb edirlər. Pavilyon sahiblərinin elektrik enerjisini artıq kəsiblər.

Ağaclar kəsilir. Bazarın yerində şəhər administrasiyası ödənişsiz avtomobil dayanacağı və piyada zonası tikməyi planlaşdırır. Məmurların fikrincə, yarmarka şəhərin görünüşünü pozur. Aksiya iştirakçıları hesab edirlər ki, bazarın bağlanması sosial gərginlik yaradacaq, yüzlərlə insan işini itirəcək. Sahibkarlar artıq altı etiraz aksiyası keçiriblər, onlar bazarın ləğv edilməsini dayandırıb onun rekonstruksiya planını təklif ediblər.

Amma təkliflər Kirov meriyası tərəfindən nəzərdən keçirilməyib, etiraz aksiyaları vəziyyəti dəyişməyib.

Aksiya iştirakçıları bəyan ediblər ki, aclıq aksiyası müddətsizdir, gecə çadır qurulacaq. Bazarın bağlanmasından narazı olan daimi alıcılar da sahibkarlara qoşulmağa hazırlaşırlar.

Komsomolski meydanında aksiya hakimiyyət ilə razılaşdırılmadan keçirilir, amma etiraz edənləri qovmaq cəhdləri həyata keçirilməyib (oxu.az).

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın