Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı qumarbazlar Tiflis kazinolarına milyonlar axıdır

Azərbaycanlı qumarbazlar Tiflis kazinolarına milyonlar axıdır

Azərbaycandan olan qumarbazlar Tiflis kazinolarının əsas gəlir mənbəyidir.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Tiflisdəki üç iri kazinodan birinin operatoru olan “Storm İnternational” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Lavrenti Qubin “Gürcüstanda qumar biznesinin xüsusiyyətləri” adlı məruzəsində bildirib.

L.Qubin məruzəsini “Russian Gaming Week-2015” sərgi-forumunda təqdim edib. O deyib ki, hazırda Gürcüstanda iki böyük oyun mərkəzi var: Tiflis və Batumi. Tiflisdə üç kazino işləyir, dördüncüsü tikilməkdədir. Batumidə 10 kazino işləyir və daha bir neçəsi tikilir. Orada biznes əsasən Türkiyədən olan qumar həvəskarlarının hesabına inkişaf edir.

Məruzəçinin dediyinə görə, hazırda Gürcüstan iqtisadiyyatı qumar biznesindən sanballı gəlir əldə edir və Saakaşvilidən sonra hakimiyyətə gələnlər bu biznesi məhdudlaşdırmaq istəsələr də sonradan öz təşəbbüslərini geri götürürlər.

“Daxili oyun bazarı çox məhduddur. Biz əsasən Azərbaycan, İran və Türkiyədən olan müştərilərin hesabına işləyirik. Tiflisə qumar oynamağa gələnlər əsasən İran, Azərbaycan, Tacikistan və Qazaxıstandan olanlardır. Batumiyə isə əsasən Türkiyədən gəlirlər. Lakin Batumidə VİP-oyunçular azdır, belələri bir qayda olaraq Tiflis kazinolarına gəlir”- Lavrenti Qubin deyib.

Kazino şirkətinin təmsilçisinin bildirdiyinə görə, qonşu ölkələrdən gələnlər ümumi müştərilərin 20 faizini təşkil etsə də gəlirin 80 faizini onlar verir.

Bunlar əsasən Azərbaycan, İran, Tacikistandan gələnlərdir. Qalanlar isə Gürcüstan müştəriləridir.

“Konkret olaraq Azərbaycan bizə böyük gəlir verir, çünki bu ölkədə qumar biznesi qadağan olunub”- Lavrentiy Qubin deyib

“Storm İnternational” Tiflisdə 100-dən çox masaya və 100-dən çox oyun avtomatına malik olan böyük kazinonu idarə edir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın