Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Şou Biznes / Azərbaycanlı qız Türkiyənin ƏN REYTİNQLİ SERİALINDA: oyunu ilə HEYRAN ETDİ – VİDEO

Azərbaycanlı qız Türkiyənin ƏN REYTİNQLİ SERİALINDA: oyunu ilə HEYRAN ETDİ – VİDEO

Azərbaycanlı aktrisa Könül Nağıyeva Türkiyənin böyük maraqla izlənən reytinqli serialı “Diriliş Ərtoğrul”da rol alıb.

Publika.az xəbər verir ki, həmyerlimiz sözügedən serialın 116-cı bölümündə mənfi qəhrəmanı canalndırıb. Aktrisa baş qəhrəman Ərtuğrulun qalasına daxil olaraq əcdadlarının intiqamını almaq istəyir.

Serialda monqol ovçusu Alanqoy (Almıla hatun) obrazını oyanayan aktrisa bunun üçün hətta saçlarının kənarlarını qırxdırıb.

2 il əvvəl Türkiyəyə köçüb orada yaşamağa qərar verən K.Nağıyevanın at çapdığı və qılınc oynatdığı səhnələr maraqla qarşılanıb. Kino ulduzu təsirli səhnələri haqqında müsbət rəylər toplayıb.

Həmçinin oxuyun

“Fəlakət”in keçmiş arvadı sirləri açdı: “Susmağımız, bəlkə də, doğru deyil”

Xəbər verdiyimiz kimi Fəlakət obrazı ilə tanınan Elşən Orucov boşanıb. Aktyor təxminən iki ay öncə …