Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı qız Rusiyada ən gözəl tələbə seçildi

Azərbaycanlı qız Rusiyada ən gözəl tələbə seçildi

18 yaşlı azərbaycanlı qız Kəmalə Məmmədova Rusiyada “Miss tələbə – 2016” gözəllik müsabiqəsinin qalibi olub.

Virtualaz.org progorodsamara.ru-ya istinadən bildirir ki, Novokuybışevsk tibb kollecinin tələbəsi olan Kəmalə Məmmədovanın qatıldığı “Novokuybışevsk Miss tələbə – 2016” gözəllik yarışmasında qızlar 3 mərhələdə mübarizə aparıblar. İlk mərhələ qızlar özləri, bacarıqları və hobbiləri barədə danışıblar. İkinci mərhələ yaradıcı nömrələrə həsr olunub, üçüncü mərhələdə isə iştirakçılar səhnəyə axşam paltarlarında çıxıblar.

Müsabiqənin əsas “miss” tituluna Bakıdan olan cazibədar Kəmalə Məmmədova layiq görülüb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın