Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / Azərbaycanlı qız erməni ilə duet oxudu – Video

Azərbaycanlı qız erməni ilə duet oxudu – Video

Sosial şəbəkələrdə erməni və azərbaycanlı qızların “Mi gna” (“Getmə”) adlı məşhur kompozisiyanı birlikdə oxuduqları video yayımlanıb. 

Azinforum.az  Virtualaz.org-a istinadən xəbər verir ki, videoda Rusiyada yaşayan Kima Xudoyan rəfiqəsi Aytənlə birlikdə oxuyur. Videonu “İnstagram”da öz qrupunda erməni qruplarından biri paylaşıb.

Videoya şərhlərdə erməni istifadəçilər yazırlar: “Afərin!”, “Əhsən! Qoy yeni nəsil düşmənlik və qisas hisslərindən uzaq böyüsün”, “Pis millətlər yoxdur, pis adamlar var!”, “İranda ermənilərlə azərbaycanlılar yaxşı dostluq edir”, “Rusiyada bu mümkündür” və s.

Xudoyan auditoriyaya xoş sözlərə görə minnətdarlığını bildirib. Lakin digər qəbildən şərhlər də olub. Məsələn, erməni istifadəçilərdən biri yazır: “Maraqlıdır ki, yalnız ermənilər dostluqdan danışır! Azərbaycanlılardan soruşmusunuz – bəlkə onlar sizinlə dostluq etmək istəmir?!”

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

 

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …