Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı parodiyaçını təhqir etdilər

Azərbaycanlı parodiyaçını təhqir etdilər

Parodiyaçı Ceyhun Əliyev polisə şikayət edib.

Axşam.az-ın məlumatına görə, Ceyhun sosial şəbəkədə paylaşdığı videolarından birində ona təhqir yazan iki xanımdan şikayət ərizəsi yazıb:

“Videomun altından yazılan təhqirləri özüm silmirəm. Lazımi orqanlar artıq bu işlə məşğuldur. Təhqir edən insan cəzasını alacaq. Bu adamlara kim icazə və haqq verir ki, məni şəxsi səhifəmdə təhqir etsinlər. Əsla geri çəkilməyəcəm. Özümün, ailəmin, nəslimin təhqir olunmasına mən necə cavab verməli idim? Bunlar cəzalarını qanun çərçivəsində alacaqlar”.

Qeyd edək ki, C.Əliyev xalq artistləri İlhamə Quliyeva, Aygün Kazımova, Brilliant Dadaşova, əməkdar artistlər Elza Seyidcahan, Röya Ayxan kimi məşhurları parodiya edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın