Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı oliqarxa qarşı 2 milyard 160 milyon dollarlıq borc tələbi

Azərbaycanlı oliqarxa qarşı 2 milyard 160 milyon dollarlıq borc tələbi

Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılova qarşı irəli sürülən borc iddialarının ümumi məbləği 2 milyard 160 milyon dollardır.

Bu barədə informasiya müflisləşmə barədə məlumatların vahid federal Reyestrinin saytında yerləşdirilib. İndiyədək T.İsmayılova qarşı qaldırılmış borc iddialarının cəmi 600 milyon dollara yaxın olduğu bildirilirdi. Lakin Rusiya mətbuatı yazır ki, T.İsmayılovdan borcunu istəyənlərin sayı sürətlə artıb və kreditorlar bir-birinin ardınca ona qarşı iddia qaldırıblar. Bu proses T.İsmayılovun müflis kimi tanınmasına dair məhkəməyə müraciət etməsindən sonra sürətlənib.

T.İsmaılovdan pul istəyənlərin sırasında Rusiynın “Rostex” dövlət korporasiyasının rəhbərinin dostu olan Vitali Maşitski də əlavə olunub. İsmayılovun na 27.5 milyon dollar borcu var.

Lakin T.İsmayılov heç kimə borc qaytarmağa hazırlaşmır, çünki rəsmən müflisdir. Ötən il dekabrın 21-də Moskva Arbitraj məhkəməsi T.İsmayılovu müflis elan edib və onun şirkətinin əmlakının hərraca çıxarılması haqda qərar verib. Lakin AST şirkətlər qrupu məhkəmədən xahiş edib ki, bu iş üzrə icraatı dayandırsın, çünki şirkətin heç bir əmlakı qalmayıb. Virtualaz.org

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın