Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Şou Biznes / Azərbaycanlı oliqarx Mayamidə 11 milyon dollara ev aldı

Azərbaycanlı oliqarx Mayamidə 11 milyon dollara ev aldı

Azərbaycanlı milyarder, Rusiyanın daşınmaz əmlak krallarından olan Araz Ağalarov ABŞ-ın Florida ştatının Mayami kurort şəhərində yeni istifadəyə verilmiş apartamentin bütöv blokunu satın alıb.

Virtualaz.org xəbər verir ki, bu haqda Cənubi Florida ştatının daşınmaz əmlak xəbərləri saytı “The Real Deal” yazıb.

Bildirilir ki, Ağalarov “Fisher İsland” yaxınlığında yeni tikilib istifadəyə verilmiş “Palazzo Del Sol” elit apartamentinin bir hissəsini almaq üçün 10.7 milyon dollar ödəyib. Daşınmaz əmlakın alınması üçün milyarder “Saffron Property Management” şirkətindən istifadə edib. Sövdələşmə ötən həftə həyata keçirilib.

Bildirilir ki, bina təzəcə istifadəyə verilib və oradakı mənzillər martın sonlarında satışa çıxarılıb. Ağalarovun aldığı blokda dörd yataq otağı, dörd hamam otağı yerləşir, sahəsi 5 min kvadratfuta yaxındır. Beləliklə, Ağalarov mülkün hər kvadratmetrin 2159 dollar ödəyib. Qeyd edək ki, bu, Bakının elit apartamentlərindəki qiymətdən aşağıdır və Amerikanın ən bahalı şəhərlərindən birində daşınmaz əmlak qiymətlərinin Azərbaycan paytaxtındakı qiymətlərlə yarışdığını göstərir.

Məlumata görə “Palazzo Del Sol” apartamentində Rusiyadan olan naməlum müştəri də 35 milyon dollara penthaus alıb. Nəşr xatırladır ki, Ağalarov öz sərvətini vaxtilə Moskvada gül alveri ilə qazanmağa başlayıb, hazırda Rusiyada sərgi, inşaat və kommersiya daşınmaz əmlak biznesi ilə məşğuldur. “Forbes”in hesablamalarına görə onun kapitalı 1.3 milyard dollardan çoxdur.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın