Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Şou Biznes / Azərbaycanlı müğənnini erməni toyuna çağırdılar – VİDEO

Azərbaycanlı müğənnini erməni toyuna çağırdılar – VİDEO

Gənc azərbaycanlı müğənni Nadia Mikayıl Dağıstan Respublikasının Dərbənd şəhərindəki çıxışından sonra Mahaçqala şəhərinə – ermənilərin toyuna dəvət alıb.
Dəvətin əsas səbəbi isə ifaçının yeni “Dumdarum” adlı mahnısının həddindən artıq bəyənilməsidir.
Müğənninin sözlərinə görə, o, bu təklifdən imtina etsə də, xoşagəlməz vəziyyətlə üz-üzə gəlib.
“Mənimlə əlaqə saxlayaraq, məclislərinə gəlməyimi xahiş etdilər. Suallarıma cavab olaraq bildirildi ki, Mahaçqala şəhərində baş tutacaq toyun sahibləri ermənilərdir. Mən isə mədəni şəkildə rədd cavabı verdim və məni bir daha narahat etməmələrini xahiş etdim. Bundan sonra müxtəlif nömrələrdən qeyri-adekvat insanlar mənə mütəmadi olaraq zənglər etməyə başladılar. Buna görə nömrəmi dəyişməyə məcbur oldum”, – deyə Nadia Mikayıl qeyd edib.
Qeyd edək ki, Nadia Mikayıl xüsusən Dağıstanda məşhur olan azərbaycan əsilli gənc müğənnidir. O, qeyri-adi mahnıları və obrazları ilə yadda qalıb. Azərbaycanda isə Nadia “Cənab leytenant” və Elvin Babazadə ilə birlikdə səsləndirdikləri “Rak tak tak” mahnıları ilə tanınır. (yenicag.az)

Həmçinin oxuyun

“Bu günü unutmayacağam” – Tünzalə Ağayeva

Müğənni Tünzalə Ağayeva “Xalq artisti” fəxri adı almasından danışıb. İfaçı ölkə başçısına təşəkkür edib: “Bu …

Bir cavab yazın