Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Şou Biznes / Azərbaycanlı müğənni: “Əsgərlərimizin ayağını yumağa da hazıram…”

Azərbaycanlı müğənni: “Əsgərlərimizin ayağını yumağa da hazıram…”

Müğənni Vüqar Muradov da cəbhəyə getmək istəyir.

ATV telekanalında yayımlanan “7 Canlı” verilişində qonaq olan sənətçi hərbi komissarlığa dəfələrlə getsə də cəbhəyə aparılmadığnı bildirib.

O, hətta əsgərlərin ayağını yumağa belə hazır olduğunu deyib:

“Səfərbərliklə bağlı mən də Qax hərbi komissarlığına getdim ki, mənə də ehtiyac olarsa aparın. Bir həftə, on gün gözlədim gördüm səs çıxmır, yaşıma görə aparmadılar. Dedim ki, yaxşı sürücülük qabiliyyətim var, nəsə yük daşıyım, əsgərə dayaq olum.  Qapıdan qovdular, bacadan girdik. Axırda dedilər gedin, ay bala, nə istəyirsiniz? Namusuma, şərəfimə and olsun ki, əsgərin ayağını yumağa belə hazıram, təki aparsınlar. Əsgərə qulluq edim, yanında olum. 37 yaşım var, yaşımla bağlı hələ mənə növbə çatmayıb”.

Azərbaycanlı müğənni:  “Əsgərlərimizin ayağını yumağa da hazıram...”

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …