Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Şou Biznes / Azərbaycanlı müəllim beynəlxalq festivalda ustad dərsləri keçib

Azərbaycanlı müəllim beynəlxalq festivalda ustad dərsləri keçib

Rusiya Federasiyasının Tatarıstan Respublikası Kazan Dövlət Universitetinin Alabuğa İnstitutunda keçirilən 8-ci beynəlxalq müəllimlər festivalında Azərbaycanı Təhsil İnstitutunun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Əməkdar Müəllim Almaz Həsrət təmsil edib.

AZƏRTAC xəbər verir ki, festivala Rusiya ilə bərabər, ABŞ, Almaniya, Türkiyə, Avstriya, İrlandiya, Belarus, İsrail də daxil olmaqla 30-a yaxın ölkədən beş yüzədək iştirakçı qatılıb. Tədbirdə Almaz Həsrət iştirakçı müəllimlərə tədrisdə yeni texnologiyaların tətbiqi ilə bağlı iki ustad dərsi keçib. Böyük maraqla qarşılanan dərslərdə iştirakçılara Azərbaycan təhsilindəki təcrübə, xüsusilə də yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində aparılan işlər barədə də məlumat verilib.

Almaz Həsrət öz ustad dərslərində həm şəxsi, həm də beynəlxalq təcrübəyə əsaslanaraq iştirakçıların bir çoxu üçün yeni sayıla biləcək təqdimatlarla çıxış edib. Onun olduqca faydalı dərsi iştirakçılarda Azərbaycan təhsilinə xüsusi maraq oyadıb. Azərbaycanlı müəllimə bu dərslərini Rusiyanın başqa ali təhsil müəssisələrində də keçməsi təklif edilib.

Alabuğa İnstitutunun rektoru Yelena Merzon Azərbaycanlı ekspertin festivalda iştirakını yüksək dəyərləndirib. Qeyd edib ki, Kazan Dövlət Universiteti bu əməkdaşlığa xüsusi önəm verir. O, artıq ikinci dəfə ustad dərsi vermək üçün dəvət edilmiş Almaz Həsrətin öz təcrübəsini təkcə ölkəsində deyil, kənarda da həvəslə paylaşdığını deyib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar və ixtisasartırma diplomları təqdim edilib. Almaz Həsrət və digər ustad dərsi keçənlər isə xüsusi diplomlarla təltif ediliblər. Həmçinin azərbaycanlı müəllimə işlədiyi qurumun rəhbərinə ünvanlanmış təşəkkür məktubu da təqdim olunub.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın